Home Manşet Kadr islahatları ölkəmizin davamlı və dayanıqlı inkişafını təmin edir – Deputat

Kadr islahatları ölkəmizin davamlı və dayanıqlı inkişafını təmin edir – Deputat

358
0
SHARE

Prezident İlham Əliyev tərəfindən bütün sahələrdə həyata keçirilən islahatlar, o cümlədən kadr islahatları dövrün tələbidir və dövlət idarəçiliyin təkmilləşdiriliməsinə, qarşıya qoyulan vəzifələrin daha çevik yerinə yetirilməsinə yönəlir.

Bunu Trend-ə Milli Məclisin deputatı Cavid Osmanov deyib.

Deputat bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə sistemli, hərtərəfli islahatlar həyata keçirilir:

“Bu islahatların mühüm tərkib hissələrindən biri də kadr islahatlarıdır və həyata keçirilən islahatların məqsədi isə Azərbaycanın davamlı və dayanıqlı inkişafını təmin etməkdir. Bilirsiniz ki, ötən gün cənab Prezident İlham Əliyev Ramin Quluzadənin Azərbaycan Respublikası Prezidentinin İşlər müdiri, Rəşad Nəbiyevin Azərbaycan Respublikasının nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri təyin edilməsi haqqında sərəncamlar imzalayıb. Hər iki kadr bundan öncəki vəzifələrində qarşılarında duran işlərin öhdəsindən layiqincə gəlib”.

Deputat bildirib ki, Prezident hər bir kadrı vəzifəyə təyin edərkən şəxsən həmin şəxsləri qəbul edir və bu qəbul prosesi mətbuatda geniş işıqlandırılır: “Cənab Prezident həmin kadrlara qarşıda duran vəzifələrin həlli ilə bağlı öz tapşırıq və tövsiyələrini verir. Cənab Prezidentin tapşırıq və tövsiyələri vəzifəyə təyin olunan insanlar üçün həm də görəcəkləri işlərin bir proqramıdır”.