Home İqtisadiyyat Azərbaycan pomidorlarının Avropa İttifaqına ixracı mümkündür – Kestutis Yankauskas

Azərbaycan pomidorlarının Avropa İttifaqına ixracı mümkündür – Kestutis Yankauskas

313
0
SHARE

Azərbaycan pomidorlarının Avropa İttifaqına ixracı mümkündür.

Trend-in məlumatına görə, bunu Aİ-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas deyib.

O bildirib ki, Azərbaycanda bir çox bitki məhsulları yetişdirilir və buna görə də ölkə ixrac istiqamətini maksimum dərəcədə artırmalıdır:

 

“Azərbaycan Aİ ölkələrinə fındıq ixracını uğurla həyata keçirir, inkişaf etmiş ixrac infrastrukturuna malikdir. Azərbaycan pomidorlarının da Avropa İttifaqına ixracı mümkündür”

K.Yankauskas əlavə edib ki, Aİ-nin Azərbaycandakı nümayəndə heyəti bir neçə layihə üzərində fitosanitar təşkilatlarla fəal işləyir və pomidor ixracı məsələsi nəzərdən keçirilərkən ilk növbədə onların keyfiyyətinə diqqət veriləcək.