Home Manşet Azərbaycanı sevməmək mümkün deyil – Səfir

Azərbaycanı sevməmək mümkün deyil – Səfir

357
0
SHARE

Azərbaycanı sevməmək mümkün deyil.

Trend-in məlumatına görə, bunu İordaniya Haşimilər Krallığının ölkəmizdəki səfiri Sami Asem Ğoşeh Milli Məclisin Sədri Sahibə Qafarova ilə görüşündə deyib.

O qeyd edib ki, İordaniya onunla ortaq dini, mədəni və mənəvi dəyərləri bölüşən Azərbaycanla əlaqələrin genişlənməsində maraqlıdır: “Hər iki ölkənin dövlət başçıları arasındakı qardaşlıq münasibətləri əməkdaşlığımızın daha da inkişafı üçün möhkəm zəmin yaradır. Siyasi, iqtisadi, mədəni sahələrdə əlaqələrimiz yüksələn xətlə inkişaf edir”.

Səfir deyib ki, əməkdaşlığımızın dərinləşməsində parlamentlərin rolu böyükdür. Qonaq İordaniya parlamentinin formalaşması və fəaliyyəti haqqında ətraflı məlumat verərək, nümayəndə heyətlərinin səfərlərinin və deputatların mütəmadi təmaslarının əhəmiyyətindən danışıb.

Bildirilib ki, İordaniya xalqı Azərbaycana xüsusi münasibət göstərir və onun ölkəsi gələcəkdə Azərbaycanla əlaqələri daha da dərinləşdirmək niyyətindədir.

Söhbətdə parlamentlərarası əlaqələrin bu günü, gələcək inkişaf perspektivləri və tərəfləri maraqlandıran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.