Badamdarda baş verən torpaq sürüşməsi nəticəsində insan təlafatı olmasa da, ərazidə olan resotana ziyan dəyib.
Trend-in hadisə yerində olan əməkdaşının məlumatına görə, bunu Fövqəladə Hallar Naziriliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəis müavini Elxan Əsədov bildirib.
Onun sözlərinə görə, sözügedən resotoran fəaliyyətsiz olub:
“Bildiyiniz kimi ötən gün axşamn saatlarında 20-ci massiv deyilən ərazidə yenidən torpaq süşüməsi baş verib. Xoşbəxtlikdən süşmə zamanı insan təlafatı olmayıb. Yalnız fəaliyyəti vaxtı ilə bizim tərəfimizdən dayandırılıan restoranın mətbəx hissəsində dağıntılar baş verib”.
E. Əsədov qeyd edib ki, bu günə kimi Bakının bir neçə dəfə baş planı hazırlanıb və hər dəfə sürüşmə baş verən ərazi qeydə alınıb:
“Badamdar Bakının ən təhüləli sürüşmə zonasıdır. Bu günə kimi Bakının bir neçə dəfə baş planı hazırlanıb və hər zaman bu ərazi də nəzərə alınıb. Lakin uzun müddət, hətta Sovet dövründən başlayaraq yamacın yuxar ərazisində mühəndis hazırlıq işləri görülmədən, yaşayış obyektləri və müəlki obyektlər tikilib”.