Home Dünya xəbərləri Çexiya koronavirusa görə məhdudiyyətləri sərtləşdirdi

Çexiya koronavirusa görə məhdudiyyətləri sərtləşdirdi

238
0
SHARE

Çexiya hökuməti növbədənkənar iclasda respublikada koronavirusla əlaqədar qüvvədə olan sosial məhdudiyyətlərin sərtləşdirilməsinə qərar verib.

Trend-in məlumatına görə, bu barədə jurnalistlərə ölkənin birinci vitse-prezidenti və Daxili İşlər Naziri Yan Qamaçek deyib.

Y.Qamaçek bildirib: “Son günlərdə daha da pisləşən epidemiya vəziyyətinə cavab vermək məcburiyyətindəyik. Bizdə koronavirusun “Britaniya” ştammı yayılır. Vəziyyəti lazımi qədər qiymətləndirməliyik. Ölkə sakinlərinin indi edə biləcəyi ən yaxşı şey evdə qalmaq və sosial təmasları məhdudlaşdırmaqdır”.

Qeyd edək ki, Çexiyada 964 660 nəfər koronavirusa yoluxub. Hazırkı dövrədək koronavirusa yoluxanlardan 15 944 nəfəri vəfat edib.