2016-cı ildə Ermənistanın paytaxtı Yerevanda nasist əlaltısı Qaregin Njdenin heykəlinin ucaldılması beynəlxalq mətbuatın diqqət mərkəzinə düşmüşdü.
Trend-in məlumatına görə, bu barədə İsrailin “The Forward” nəşri yazıb.
Qeyd olunub ki, Qaregin Njde İkinci dünya müharibəsi dövründə alman nasistləri ilə əməkdaşlıq edib, onun yaratdığı Erməni legionu Fransa, Krım və Qafqaz cəbhələrində Üçüncü Reyxə xidmət edib.
Müəllif xatırladır ki, Yerevanda Q.Njdenin heykəli ilə yanaşı onun adına küçə və mərkəzi meydan var.
Bundan başqa, Ermənistanın Gümrü və Qafan şəhərlərində Njdenin heykəli, onun adına xatirə lövhəsi mövcuddur.
Ümumilikdə Ermənistanın 19 şəhər və qəsəbəsində Qaregin Njde adına küçə verilib. Ermənistanda həmçinin Njdenin adına kənd var.