Home Cəmiyyət Fevralın 1-dən məktəblər açılır – Təhsil ocaqlarında hansı qabaqlayıcı işlər görülüb? Trend...

Fevralın 1-dən məktəblər açılır – Təhsil ocaqlarında hansı qabaqlayıcı işlər görülüb? Trend TV-nin REPORTAJI

328
0
SHARE

Nazirlər Kabineti tərəfindən bütün təhsil müəssisələrində 2021-ci il 1 fevral tarixindən tədris və təlim-tərbiyə prosesinin əyani formada təşkili ilə bağlı qərar verilib.

Qərara əsasən, xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən bütün təhsil müəssisələrində 2021-ci il 1 fevral tarixindən tədris və təlim-tərbiyə prosesinin əyani formada təşkili sanitar-epidemioloji vəziyyətlə bağlı təhsil pillələri və səviyyələri üzrə mərhələli şəkildə təmin ediləcək.

Trend-in məlumatına görə, fevralın 1-dən ümumtəhsil müəssisələrində ilk olaraq ibtidai siniflər və məktəbəhazırlıq qrupları üzrə ənənəvi təhsil bərpa olunacaq. Bakıda (həmçinin Sumqayıt və Abşeronda) məktəbəqədər qruplarda əyani təhsil formasının həftədə 2 dəfə, ibtidai siniflər üzrə həftədə 3 dəfə olmaqla bərpası planlaşdırılır.

Fevralın 1-dən sonrakı 2 həftə müddətində isə V-IX siniflərdə təhsil alan şagirdlərin tədrisə ənənəvi qaydada cəlb olunması barədə mövcud epidemioloji vəziyyətə uyğun olaraq qərar veriləcək.

Bakıda yerləşən 12 nömrəli tam orta məktəbdə də tədrisin başlanılması ilə bağlı koronavirus əlyehinə qabaqlayıcı tədbirlər həyata keçirilib. Məktəbin direktoru Rahim Novruzov Trend TV-yə koronavirus infeksiyasının yayılmasının qarşısını almaq üçün təhsil ocağında görülən işlər barədə danışıb.