Fransanın “Lagazetteaz.fr” onlayn qəzeti Azərbaycanla Türkmənistan arasında “Dostluq” yatağının birgə işlənməsi haqqında anlaşma memorandumu barədə məqalə dərc edib.
Trend-in məlumatına görə, məqalədə qeyd olunur ki, yatağın birgə işlənməsi barədə razılaşma Xəzər dənizində kəşfiyyat aparılması imkanlarını artırır.
“Dostluq” yatağının birgə işlənməsi barədə memorandum yanvarın 21-də Azərbaycan Prezidenti İlham Əliyev və Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov arasında imzalanıb
Məqalədə vurğulanıb ki, “Dostluq” yatağının birgə işlənməsi həm Xəzər dənizində, həm də Azərbaycanla Türkmənistan arasında əməkdaşıq üçün yeni perspektivlər açır.