Home Cəmiyyət Fevral ayına olan hava proqnozu

Fevral ayına olan hava proqnozu

313
0
SHARE

Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, fevral ayında havanın orta aylıq temperaturunun əsasən iqlim normasından yüksək, bəzi yerlərdə isə normaya yaxın olacağı gözlənilir. Aylıq yağıntının miqdarı əsasən iqlim normasına yaxın, bəzi ərazilərdə isə normadan bir qədər çox olacaq. Ayın ilk günlərində ölkə ərazisində hava şəraitinin mülayim, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Xidmətdən Trend-ə bildirilib ki, Bakıda və Abşeron yarımadasında orta aylıq temperaturun 3-7 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və normadan 2-4 dərəcə yüksəkdir. Gecələr havanın temperaturunun 1-6, gündüzlər 7-12, bəzi günlərdə 2-5 dərəcə isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər normadan çox (norma 21-24 mm) olacaq.
Naxçıvan Muxtar Respublikasında orta aylıq temperaturun 1-5 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və normadan 3-4 dərəcə yüksəkdir. Gecələr havanın temperaturunun 5-10, bəzi günlərdə 15-20 dərəcə şaxta, gündüzlər 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, bəzi günlərdə 3-5 dərəcə şaxta olacağı gözlənilir. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər normadan çox (norma 11-29 mm) olacaq.
Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən, Gədəbəy rayonlarında orta aylıq temperaturun 0-4 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və 2-3 dərəcə yüksəkdir. Gecələr havanın temperaturu 2-7, bəzi günlərdə yüksək dağlıq ərazilərdə 15-20 dərəcə şaxta, gündüzlər 3-8 dərəcə isti, bəzi günlərdə 0-5 dərəcə şaxta olacaq. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı (norma 25-36 mm) gözlənilir.

Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında orta aylıq temperaturun 4-6 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və 2 dərəcə yüksəkdir. Gecələr havanın temperaturunun 1-6 dərəcə isti, bəzi günlərdə 3-8 dərəcə şaxta, gündüzlər 7-12, bəzi günlərdə 0-5 dərəcə isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın (norma 15-36 mm) olacaq.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında orta aylıq temperaturun 2-5 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və 2 dərəcə yüksəkdir. Gecələr havanın temperaturu 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, bəzi günlərdə 4-9, yüksək dağlıq ərazilərdə 18-23 dərəcə şaxta, gündüzlər 7-12 dərəcə isti, bəzi günlərdə 0-5 dərəcə şaxta olacaq. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı (norma 24-55 mm) gözlənilir.

Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında orta aylıq temperaturun 5-8 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və 2-3 dərəcə yüksəkdir. Gecələr havanın temperaturu 2-7 dərəcə isti, bəzi günlərdə 2-7 dərəcə şaxta, gündüzlər 8-13, bəzi günlərdə 0-5 dərəcə isti olacaq. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər normadan çox olacağı (norma 21-35 mm) gözlənilir.
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında orta aylıq temperaturun 3-8 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və 3 dərəcə yüksəkdir. Gecələr havanın temperaturu 1-6 dərəcə isti, bəzi günlərdə
1-5, dağlarda 9-14 dərəcə şaxta, gündüzlər 7-12, bəzi günlərdə 1-4 dərəcə isti olacaq. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər normadan çox olacağı (norma 44-105 mm) gözlənilir.