Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri Vasif Talıbovla burada səfərdə olan İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif arasında görüş keçirilir.
Trend-in məlumatına görə, görüşdə Naxçıvan MR-nın tranzit imkanları və əməkdaşlıqlar haqqında danışıqlar aparılacaq.
Qeyd edək ki, İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif regional səfər çərçivəsində Azərbaycan, Rusiya, Ermənistan, Gürcüstan və Türkiyəyə səfər edib.