Pandemiya dövründə müəllimlərin sertifikasiyası olmayacaq. Pandemiya dövrü dedikdə çox böyük bir vaxtı nəzərdə tutulur.
Trend-in məlumatına görə, bunu Təhsil naziri Emin Əmrullayev deyib.
Onun sözlərinə görə, müəllimlərin sertifikasiyasının keçirilməsi əsas məsələlərdəndir. Lakin sertifikasiyanın bu ilin ilk 6 ayı ərzində keçirilməsi nəzərdə tutulmur. Bu ilin ikinci yarısında vəziyyətə baxılacaq və bununla bağlı qərar veriləcək.