Home Manşet “Azernews” qəzetində çap olunan “Cənubi Qafqazda davamlı sülhə nail olmaq səyləri fonunda...

“Azernews” qəzetində çap olunan “Cənubi Qafqazda davamlı sülhə nail olmaq səyləri fonunda Ermənistanda faşizmin təbliği” adlı yazıda erməni cəmiyyətində faşizmin təbliğ olunmasından bəhs edilir. Trend-in məlumatına görə, məqalədə qeyd olunub ki, Azərbaycanla 2020-ci ildə 44-gunlük müharibədəki məğlubiyyətindən sonra, Ermənistan Cənubi Qafqaz regionunda yaranmış reallıqlar fonunda faşizm, anti-semitizm və nasizmin təbliği siyasətini davam etdirməkdədir. Təqdim olunan yazıda Azərbaycanın Xocavənd rayonunda Nasistlərlə əməkdaşlıq etmiş erməni ideoloqu Garegin Njdenin büstünün qoyulmasının bu siyasətin parlaq nümunəsi olduğu bildirilir. Xatırladaq ki, büst hələlik Rusiya sülhməramlılarının nəzarətində olan ərazidə 27 yanvar Beynəlxalq Holokostu Anma Günü ərəfəsində qoyulub. Azərbaycanın və digər region ölkələrinin Cənubi Qafqazda davamlı sülh əldə etmək səyləri fonunda bu abidənin qoyulması ilə faşizm və terrorizmin təbliği, digər millətlərə qarşı dözümsüzlük bölgədəki təhlükəsizliyi təhdid edir. Yazıda bu addımla və ümumiyyətlə, Ermənistanın bu sahədəki siyasəti ilə bağlı müxtəlif fikirlər öz əksini tapıb.

294
0
SHARE

Azernews” qəzetində çap olunan “Cənubi Qafqazda davamlı sülhə nail olmaq səyləri fonunda Ermənistanda faşizmin təbliği” adlı yazıda erməni cəmiyyətində faşizmin təbliğ olunmasından bəhs edilir.

Trend-in məlumatına görə, məqalədə qeyd olunub ki, Azərbaycanla 2020-ci ildə 44-gunlük müharibədəki məğlubiyyətindən sonra, Ermənistan Cənubi Qafqaz regionunda yaranmış reallıqlar fonunda faşizm, anti-semitizm və nasizmin təbliği siyasətini davam etdirməkdədir. Təqdim olunan yazıda Azərbaycanın Xocavənd rayonunda Nasistlərlə əməkdaşlıq etmiş erməni ideoloqu Garegin Njdenin büstünün qoyulmasının bu siyasətin parlaq nümunəsi olduğu bildirilir.

Xatırladaq ki, büst hələlik Rusiya sülhməramlılarının nəzarətində olan ərazidə 27 yanvar Beynəlxalq Holokostu Anma Günü ərəfəsində qoyulub. Azərbaycanın və digər region ölkələrinin Cənubi Qafqazda davamlı sülh əldə etmək səyləri fonunda bu abidənin qoyulması ilə faşizm və terrorizmin təbliği, digər millətlərə qarşı dözümsüzlük bölgədəki təhlükəsizliyi təhdid edir.

Yazıda bu addımla və ümumiyyətlə, Ermənistanın bu sahədəki siyasəti ilə bağlı müxtəlif fikirlər öz əksini tapıb.