Home İqtisadiyyat Rusiya Azərbaycanın daha 12 müəssisəsindən pomidor idxalına icazə verə bilər

Rusiya Azərbaycanın daha 12 müəssisəsindən pomidor idxalına icazə verə bilər

308
0
SHARE

Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidməti (“Rosselxoznadzor”) fevralın 5-dən Azərbaycanın daha 12 müəssisəsindən pomidor idxalına icazə verib.

Trend-in “TASS”a istinadən verdiyi məlumata görə, bu barədə qurumdan bildiriblər.

Məlumatda deyilir: “Yanvarın 14-dən 29-dək aparılan video yoxlamaların nəticələrindən sonra alınan nümunələrin karantin fitosanitar müayinəsinin mənfi nəticələrini nəzərə alaraq, Rosselxoznadzor 5 fevral 2021-ci ildən etibarən Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin zəmanəti ilə pomidor idxalına icazə verilməsini mümkün hesab etdi”.