Home Cəmiyyət Türkiyədəki azərbaycanlılara hüquqi dəstək göstərilib

Türkiyədəki azərbaycanlılara hüquqi dəstək göstərilib

308
0
SHARE

Azərbaycan Diasporuna Dəstək Fondunun maliyyə yardımı ilə 2020-ci il sentyabrın 1-dən dekabrın 31-nə kimi “Türkiyə Respublikasında yaşayan azərbaycanlılara hüquqi dəstək” adlı layihə həyata keçirilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, qardaş ölkədə yaşayan diaspor nümayəndələrimizin say çoxluğu və onların üzləşdiyi problemlər baxımından gerçəkləşdirilən layihənin məqsədi Türkiyə ərazisində müvəqqəti və ya daimi olaraq yaşayan, təhsil alan, əmək fəaliyyəti ilə məşğul olan, qısa müddətli və ya uzun müddətli bu ölkəyə gəlmə zərurəti yaranan həmvətənlərimizə müxtəlif istiqamətlərdə hüquqi məsləhətlər vermək, səlahiyyətli dövlət orqanlarına yönləndirmək və miqrasiya məsələlərində məlumatlandıraraq hüquqi dəstəyin təşkil edilməsi olub.

Layihə çərçivəsində 119 soydaşımıza miqrasiya məsələlərində dəstək göstərilib, bununla əlaqədar “Tibbi Siğorta” ilə təmin olunmalarına yardım edilib, 26 soydaşımıza müxtəlif istiqamətlərdə hüquqi məsləhətlər verilib, onlara lazımi sənədlərin hazırlanması və əldə edilməsində, səlahiyyətli dövlət qurumlarına müraciət edilməsində köməklik olunub. COVID-19 pandemiyası səbəbindən hüquqi məsələlərlə bağlı çətinliklə üzləşmiş soydaşlarımızla çoxsaylı telefon danışıqları aparılıb, onların sosial media platformaları üzərindən sualları cavablandırılıb və hüquqi məsləhətlər verilib.

 

Soydaşlarımıza hüquqi məsləhətərin verilməsi və mübahisəli məsələlərin izah olunması prosesi Ankara Universiteti Sosial elmlər və hüquq fakültəsinin dosenti, hüquqşünas Ləman Süleymanlı tərəfindən təmin edilib.

Layihənin davamlı olaraq həyat keçirilməsi nəzərdə tutulur.