Home Manşet Azərbaycan və İSESCO. Yeni əməkdaşlıq perspektivləri – “Azernews” qəzeti

Azərbaycan və İSESCO. Yeni əməkdaşlıq perspektivləri – “Azernews” qəzeti

247
0
SHARE

Azernews” qəzetində dərc olunan “Azərbaycan və İSESCO. Yeni əməkdaşlıq perspektivləri” məqaləsində son illər ərzində Azərbaycan və İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ISESCO) arasında ümumi dəyərlərə əsaslanan möhkəm əlaqələrin inkişafından bəhs edilib.

Trend-in məlumatına görə, məqalədə tərəflər arasında təhsil, mədəniyyət və elm sahələrində uğurla əməkdaşlıqdan bəhs edilir. Xüsusilə də İSESCO nümayəndə heyətinin Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə səfərinin bu istiqamətdə mühüm addım olduğu vurğulanır. Təşkilatın Ermənistanın təcavüzü nəticəsində dağıdılmış abidələrin bərpasında Azərbaycana kömək edəcəyi bildirilir.

Qeyd olunur ki, ISESCO ilə Azərbaycan Təhsil Nazirliyi arasındadə təhsil sahəsində gələcək əməkdaşlığın perspektivləri müzakirə edilmişdir və təşkilat ölkəmizlə bağlı çoxsaylı layihələrdə maraqlı olduğunu bəyan etmişdir.

ISESCO həmçinin Azərbaycan Mədəniyyət Nazirliyi ilə gələcək əməkdaşlıq planlarını müzakirə etmişdir.