Home İqtisadiyyat Azərbaycan FAO-nun qida təhlükəsizliyinə nəzarətin möhkəmləndirilməsi layihəsinə qoşulub

Azərbaycan FAO-nun qida təhlükəsizliyinə nəzarətin möhkəmləndirilməsi layihəsinə qoşulub

256
0
SHARE

Azərbaycan, Qırğızıstan, Moldova, Tacikistan və Türkiyə qida təhlükəsizliyinə nəzarət üzrə milli sistemlərin möhkəmləndirilməsi və risklər barədə məlumatlandırma üzrə yeni layihəyə start verib.

Trend bu barədə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatına (FAO) istinadən məlumat verir.

Qeyd olunur ki, FAO-Türkiyə Tərəfdaşlıq proqramı çərçivəsində reallaşdırılan və Türkiyə tərəfindən maliyyələşdirilən layihə kənd təsərrüfatı və ərzaq təhlükəsizliyi sahəsində potensialın artırılması üzrə regional tədbirlərin keçirilməsini nəzərdə tutur:

“Qida məhsullarına səmərəli nəzarət sistemi fermada istehlakçıyadək olan bütün hazırlıq və emal mərhələlərini əhatə edir. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına əsasən, dünyada hər il 600 milyonadak şəxs qida mənşəli xəsətəlikdən əziyyət çəkir, 420 min nəfər həyatını itirir. Qida məhsullarına səmərəli nəzarət sistemi təkcə insanların sağlamlığının mühafizəsi üçün deyil, həm də iqtisadi inkişafın stimullaşdırılması, həyat səviyyəsinin yüksəldilməsi üçün vacib rol oynayır”.