Home Cəmiyyət Azərbaycanda 102 nəfər COVID-19-dan sağalıb, 44 nəfər yoluxub, 3 nəfər vəfat edib

Azərbaycanda 102 nəfər COVID-19-dan sağalıb, 44 nəfər yoluxub, 3 nəfər vəfat edib

256
0
SHARE

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 44 yeni yoluxma faktı qeydə alınıb, 102 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Trend-ə verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 3 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 231 198 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 225 348 nəfər müalicə olunaraq sağalıb, 3 161 nəfər vəfat edib, aktiv xəstə sayı 2 689 nəfərdir.

Ölkədə son sutka ərzində 3 567, hazırkı dövrədək isə 2 45 66 50 test aparılıb.