Home İqtisadiyyat Kapital Bank-dan biznes və sahibkar kartlarını tam onlayn sifariş etmək mümkün oldu

Kapital Bank-dan biznes və sahibkar kartlarını tam onlayn sifariş etmək mümkün oldu

396
0
SHARE

Kapital Bank-ın hüquqi şəxslər və fərdi sahibkarlar üçün olan Müştəri Bank internet bankçılıq sistemi vasitəsilə artıq biznes və sahibkar kartlarını tam olaraq onlayn rejimdə sifariş etmək mümkün oldu. Bundan başqa, 31 mart 2021-ci il tarixinədək 3 illik Visa Electron, Visa Business və Visa Business Gold kartlarını 50% endirimlə əldə etmək olar.

Kapital Bank-ın biznes və sahibkar kartlarının bir sıra üstünlükləri vardır: kart sifarişi tam olaraq məsafədən, banka gəlmədən həyata keçirilir; Biznes kartlarından məxaric üçün bankın geniş ATM şəbəkəsi; Kapital Bank-da hesabı olmayan müştərilər cari hesabı onlayn şəkildə və tam pulsuz olaraq aça bilərlər; hər bir müştəri fərdi menecerlə təmin olunur və s.

Qeyd edək ki, Müştəri Bank vasitəsilə rahat və təhlükəsiz şəkildə bir sıra xidmətlərdən istifadə etmək mümkündür: cari hesabın tam onlayn şəkildə açılması, əmək haqqı layihəsinə qoşulma, əmək haqqı kartlarına mədaxil, əmək haqqı kartlarının sifarişi, biznes və sahibkar kartlarının sifarişi, ölkə daxili və ölkə xarici nağdsız köçürmələr, konvertasiya əməliyyatları, hesablara nəzarət, çıxarışların əldə edilməsi, sərəncamlar haqqında məlumat və s.

Müştəri Bank sisteminə qoşulmaq üçün https://cb.kapitalbank.az/login linkinə keçid etmək və ya (+99 412) 310 09 99 nömrəsi ilə əlaqə saxlamaq kifayətdir. Qeyd edək ki, Müştəri Bank sistemi vasitəsilə həyata keçirilən bütün köçürmələr zamanı 25%-dək güzəşt əldə etmək mümkündür.