Azərbaycan Gimnastika Federasiyası ilk dəfə olaraq 2021-ci ilin 19 mart tarixində “Gimnastika hamı üçün” növü üzrə birinci onlayn Milli festival keçirəcək.
Federasiyadan Trend-ə verilən məlumata görə, festival saat 14:00-da baş tutacaq. Festivalda iştirak ödənişli əsaslarla həyata keçirilir və 1 qrup üçün iştirak haqqı 30 manat təşkil edir. Yığılan məbləğ xeyriyyə məqsədilə istifadə olunacaq.
Festivalın direktoru Mariana Vasilevanın sözlərinə görə festivalın təşkil edilməsində məqsəd pandemiya dövründə idmançı ruhunu qoruyub saxlamaq və bu idman növünü təbliğ etməkdir.
Festivalda iştirak etmək üçün bu linkdən (https://agf.az/en/forms/) istifadə edərək qeydiyyatdan keçə bilərsiz.