Heydər Əliyev adına Ali Hərbi Məktəb (AHM) dünya səviyyəsində müasir hərbi tədris müəssisəsidir.
Bunu Trend-ə açıqlamasında məktbədə təhsil alan əfqanıstanlı tələbə Ariyan Nəsarəhməd deyib. Tələbənin sözlərinə görə, o, bundan əvvəl öz ölkəsində hərbi akademiyada oxuyub:
“Mən Əfqanıstanda hərbi akademiyada oxuyan zaman Azərbaycandan bizə burada oxumaq barədə təklif gəldi. Təklifdən sonra internet üzərindən Heydər Əliyev adın Ali Hərbi Məktəblə bağlı məlumatlar oxudum, xeyli sayda videolar izlədim və qərara gəldim ki, bu məktəbdə təhsilimi davam etdirim.
Buraya gəldikdən sonra şahidi oldum ki, həqiqətən də Heydər Əliyev adına Ali Hərbi Məktəb dünya səviyyəsində olan müasir bir hərbi tədris müəssisəsidir. Biz burada ixitsaslarımıza uyğun olaraq dərslər, o cümlədən mülki, hərbi fənlər və keyfiyyətli idman təlimləri keçirik”.
A.Nəsarəhməd qeyd edib ki, AHM-in zabit müəllimləri bilik və bacarıqlarını Vətən müharibəsində də istifadə ediblər:
“Burada bizə təhsil verən çox savadlı hərbçilər var ki, onlar bu təcrübəni Vətən müharibəsində də yüksək bacarıqla istifadə etdilər. Biz kursantlar çalışırıq ki, onların təcrübələrini özümüzdə formalaşdıraq. İnanıram ki, bu təcrübədən yararlandıqdan sonra öz vətənimizə qayıtdıqda orada təcrübəli bir hərbçi olacağıq”.