Home Cəmiyyət Jurnalistlər Heydər Əliyev adına Ali Hərbi Məktəbə səfər ediblər – Trend TV-nin...

Jurnalistlər Heydər Əliyev adına Ali Hərbi Məktəbə səfər ediblər – Trend TV-nin reportajı (FOTO)

583
0
SHARE

Media nümayəndələri Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə səfər ediblər.

Trend TV-nin məlumatına görə, səfər zamanı məktəbin komandanlığı ilə görüş keçirilib. Görüşdə məktəbin yaranma tarixi, təlim-tədris prosesi və fəaliyyətlərinə dair ətraflı məlumat verilib.

Hərbi təhsil müəssisəsində jurnalistlər məişət şəraiti, hərbi və fiziki hazırlıq bazası, o cümlədən müxtəlif fakültələrindəki tədris prosesi, maddi-texniki vasitələr və digər hərbi təyinatlı avadanlıqla da tanış olublar.

Sonda media nümayəndələri kursantlarla birgə nahar ediblər.