Home İdman Tokiodakı Olimpiada iştirakçıları dörd gündən bir COVID-19 testindən keçəcək

Tokiodakı Olimpiada iştirakçıları dörd gündən bir COVID-19 testindən keçəcək

29
0
SHARE

Tokioda keçirilməsi gözlənilən Yay Olimpiya Oyunlarında iştirak edəcək idmançılar ən azı dörd gündə bir dəfə koronavirus testindən keçməli olacaqlar.

Trend-in məlumatına görə, bu barədə Beynəlxalq Olimpiya Komitəsi (İOK) tərəfindən açıqlanan idmançılar üçün qaydalar siyahısında deyilir.

Testin keçirilmə tezliyinin idmanın növündən və yarış cədvəlindən asılı olacağı qeyd olunur. Test nəticələrini smartfon üçün xüsusi tətbiq vasitəsilə izləmək mümkün olacaq.

Koronavirusa yoluxma aşkar edildikdə digər idmançıların məlumatlandırılması dərhal yoluxmuş şəxslərlə əlaqələrin izlənməsi üçün başqa bir tətbiq yolu ilə həyata keçiriləcək.

Xatırladaq ki Yay Olimpiya Oyunları Yaponiyanın paytaxtında 23 iyul – 8 avqust 2021-ci il tarixlərində, Paralimpiya Oyunları isə 24 avqust – 5 sentyabr tarixlərində baş tutacaq.