Home Manşet ABŞ-ın Minnesota ştatının qubernatoru fevralın 26-nı Azərbaycan günü elan edib

ABŞ-ın Minnesota ştatının qubernatoru fevralın 26-nı Azərbaycan günü elan edib

340
0
SHARE

Minnesota ştatının qubernatoru Tim Volz fevralın 26-nın Azərbaycan günü elan edilməsi ilə bağlı bəyanat imzalayıb. Belə bir bəyanatın imzalanması Minnesota Azərbaycan Assosiasiyasının rəhbəri Günel Rallisin təşəbbüsü olub.

Trend-in məlumatına görə, bəyanatda qeyd olunub ki, Minnesotada yaşayan azərbaycanlılar ana dilini, zəngin milli-mədəni dəyərlərini, ənənələrini qoruyub-saxlamaqla, həmçinin təbliğ etməklə yerli mədəniyyətə töhfə verməkdədirlər.

Bəyanat ölkəmizlə bağlı həqiqətlərin təbliğində Minnesotada yaşayan azərbaycanlıların uğuru kimi dəyərləndirilə bilər.
Qeyd edək ki, 2016-cı ildə ABŞ-ın Minnesota ştatının Nümayəndələr Palatası Xocalı soyqırımının 24-cü ildönümü ilə əlaqədar qətnamə qəbul edib.