Home Cəmiyyət Parlamentlə əməkdaşlığım televiziya və PR layihələrlə davam edəcək – Ceyhun Əli

Parlamentlə əməkdaşlığım televiziya və PR layihələrlə davam edəcək – Ceyhun Əli

563
0
SHARE

Mən yaradıcı insanam və Milli Məclislə əməkdaşlığımız daha çox Televiziya və PR layihələrlə davam edəcək.

Trend-in məlumatına görə, bunu bu gün vəzifəsindən azad olunan Milli Məclisin keçmiş mətbuat xidməti Ceyhun Əli deyib. Onun sözlərinə görə, o, fəaliyyətini televiziyada davam edəcək:

“Peşə xüsusiyyətimdən asılı olaraq fəaliyyətim hər zaman göz önündə olub. 17 illik Televiziya fəaliyyəti dövründə hər zaman tamaşaçı üçün çalışmışam və onun yanında olmaq istəmişəm. Bu gün də bunu istəyirəm. Milli Məclis rəhbərliyi ilə fəaliyyətimi parlamentlə əməkdaşlıq müstəvisinə keçirmək barədə razılığa gəldik. Milli Məclis sədri Sahibə xanım Qafarovaya qərarıma hörmətlə yanaşdığı üçün təşəkkürümü bildirirəm. Mən yaradıcı insanam və Milli Məclislə əməkdaşlığımız daha çox Televiziya və PR layihələrlə davam edəcək. Hazırkı fəaliyyətimi isə televiziyada davam etdirirəm. Bu müddət ərzində mənimlə çiyin-çiyinə çalışan Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşlarına, xüsusilə də ömrünün 33 ilini bu işə sərf edən Mehman Qaibova təşəkkürümü bildirirəm”.