Home Cəmiyyət UNICEF və Qırmızı Xaç Komitəsinin nümayəndələri Gəncə və Tərtərdə dağılmış ərazilərdə olublar...

UNICEF və Qırmızı Xaç Komitəsinin nümayəndələri Gəncə və Tərtərdə dağılmış ərazilərdə olublar (FOTO)

231
0
SHARE

Bu gün Gəncə və Tərtər şəhərlərində UNICEF və Beynəlxalq Qırmızı Xaç Komitəsinin Azərbaycan nümayəndəliklərinin rəhbərləri ilə Ermənistan silahlı qüvvələrinin Azərbaycana təcavüzü nəticəsində ağır zərər görmüş təhsil müəssisələrini ziyarət etdik.

Trend-in məlumatına görə, bu barədə Təhsil naziri Emin Əmrullayev deyib. O qeyd edib ki, xarici tərəfdaşlar dağıldımış binaların, Gəncədəki 29 nömrəli məktəbin, Tərtər rayonunun Düyərli kənd məktəbinin məruz qaldığı düşmən aqressiyasının faciəvi nəticələrinin əyani şahidi oldular:

“Bu ərazilərdə təhsil alan şagirdlərimizlə də görüşdük. Tərəfdaşlar müharibə cinayətinin fəsadlarının aradan qaldırılması üçün Təhsil Nazirliyi ilə müxtəlif istiqamətlərdə, o cümlədən, müəllim və şagirdlərimizə sosiopsixoloji dəstəyin göstərilməsində əməkdaşlıq edirlər.

Tezliklə bu təhsil ocaqları əvvəlkindən daha da gözəl olacaq. Qalib vətənin övladlarının baxışlarında məğrurluq hiss olunurdu. Milli kimliyini dərk edən, vətənpərvər, savadlı insanları yetişdirmək təhsil sistemimizin təməlində dayanan əsas hədəflərdən biridir”.