Home Manşet UNEC SABAH Mərkəzində “44 günlük Vətən müharibəsinin siyasi və iqtisadi nəticələri” adı...

UNEC SABAH Mərkəzində “44 günlük Vətən müharibəsinin siyasi və iqtisadi nəticələri” adı altında online görüş

791
0
SHARE

12 fevral 2020-ci il tarixində Azərbaycan Dövlət İqtisad Universitetinin “SABAH” Mərkəzində “44 günlük Vətən müharibəsinin siyasi və iqtisadi nəticələri” adı altında online görüş baş tutub. Görüşdə UNEC “SABAH” Mərkəzinin dekanı Aida Quliyeva və Mərkəzin müəllim heyəti iştirak edib. Görüşdə UNEC Beynəlxalq Magistratura və Doktorantura Mərkəzinin və SABAH Mərkəzinin müəllimi Aygün Abdulova, UNEC SABAH Mərkəzinin müəllimi, Politoloq Şəbnəm Həsənova və Politoloq Ceyhun Əhmədli çıxış edib. Çıxışçılar tərəfindən Vətən müharibəsi və post-müharibə dövründə işğaldan azad olunmuş ərazilərimizdə bərpa-quruculuq işləri, gələcəkdə Azərbaycanın beynəlxalq münasibətlər sisteminin aktorları ilə qurulacaq əməkdaşlıq formatı, bölgənin iqtisadi potensialının realizə edilməsi, Naxçıvan dəhlizinin Azərbaycana, ümumilikdə regiona verəcəyi töhfələri ətrafında fikirlər səsləndirilib. Online görüş sual-cavabla yekunlaşıb. Qeyd edək ki, Mərkəzin bu cür tədbirləri silsilə xarakteri daşıyacaq.