Home Manşet Almaniya dayanıqlı sülhün bərqərar edilməsinə dəstək göstərməyə hazırdır – Səfir

Almaniya dayanıqlı sülhün bərqərar edilməsinə dəstək göstərməyə hazırdır – Səfir

512
0
SHARE

Almaniya regionda dayanıqlı sülhün bərqərar edilməsinə dəstək göstərməyə hazırdır.

Trend-in məlumatına görə, bunu Almaniyanın Azərbaycandakı səfiri Volfqanq Maniq Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayevlə görüş zamanı deyib.

Regionda münaqişənin başa çatmasını və məcburi köçkünlərin geri dönməsi üçün şəraitin yaranmasını yüksək qiymətləndirən diplomat dayanıqlı sülhün bərqərar edilməsinə, icmalararası münasibətlərin və vətəndaş institutları arasında əlaqələrin bərpasına ölkəsinin yardım göstərmək istəyini ifadə edib. O, həmçinin bildirib ki, Almaniya hökuməti məcburi köçkünlərə dəstək məqsədi daşıyan layihələrin icrasını bundan sonra da davam etdirmək niyyətindədir.

Görüşdə qonağa Ermənistanın etnik təmizləmə və işğalçılıq siyasəti nəticəsində son otuz ildə Azərbaycanın üzləşdiyi qaçqınlıq və məcburi köçkünlük problemi, onun həlli istiqamətində görülən işlər, həmçinin işğaldan azad olunmuş ərazilərdəki vəziyyət, məcburi köçkünlərin doğma yurda qayıdışına hazırlıq barədə məlumat verilib.

Qeyd edilib ki, Prezident İlham Əliyev rəhbərliyi ilə məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması üçün məqsədyönlü tədbirlər həyata keçirilib. Bu kateqoriyadan olan insanlara qayğı göstərilməsi Birinci vitse-prezident Mehriban xanım Əliyevanın da fəaliyyətin əsas istiqamətlərindəndir.