Home Manşet Sədaqət Vəliyeva: Erməni separatçılarının təxribatları Qarabağın cənnətə çevrilməsi prosesinə əngəl ola bilməyəcək

Sədaqət Vəliyeva: Erməni separatçılarının təxribatları Qarabağın cənnətə çevrilməsi prosesinə əngəl ola bilməyəcək

40
0
SHARE

“İşğaldan azad olunmuş ərazilərin bərpası istiqamətində mühüm işlərin həyata keçirilməsi görünür ermənləri və onların havadarlarını bərk narahat etməkdədir. Beynəlxalq hava limanının, Şuşaya gedən yolun, elektrik stansiyalarının, “ağıllı kənd”, “ağıllı şəhər” layihələrinin əsasının qoyulması, ümumilikdə cənab Prezident İlham Əliyevin Qarabağı cənnətə çevirmək istiqamətində atdığı addımlar ölkəmizə qarşı hücumların genişlənməsinə də səbəb olub. Lakin erməni separatçılarının, onların havadarlarının təxribatları bu prosesə əngəl ola bilməyəcək”. Bunu Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib.

Sədaqət Vəliyeva bildirib ki, Azərbaycan müharibənin aktiv fazasını qalibiyyətlə başa vurduqdan sonra diplomatik səhnədə də Ermənistana ağır zərbələr endirdi: “Ermənistanın minlərlə hərbçisi məhv edildi, “dəmir yumruq”la işğalçı ölkənin ordusu tamamilə məhv olundu. Cənab Prezident İlham Əliyevin sözlərilə desək, Azərbaycan ordusu Xocalı soyqırımını törədənləri, uşaq qatillərini məğlub etdi. Müzəffər Ali Baş Komandanın praqmatik siyasətilə bir güllə belə atılmadan Ağdam, Kəlbəcər və Laçın işğalçılardan təmizləndi. İndi Azərbaycan Prezidenti Qarabağın bütün rayonlarına, Şuşaya səfər edir, Azərbaycan bayrağını ucaldır, ölkəmizə dil uzadanların cavabını elə Qarabağdan verir, məscidlərimizdə azan səslənir, sərhədlərimiz müəyyənləşdikcə vaxtilə ərazimizə soxulmuş ermənilər oralardan köçürülür. Əlbəttə ki, bütün bunların nəticəsində Ermənistanın zaman-zaman formalaşdırdığı mifin məhv olması, çökməsi deməkdir. Bu səbəbdən də, erməni separatçıları müxtəlif təxribatlar törədirlər, çalışırlar Azərbaycanı təxribata çəksinlər. Elə Arayikin “rəsmi dil”, Xankəndidə qondarma aksiya təxribatları dediklərimə əyani misaldır. Məqsəd Azərbaycanı, ordumuzu təxribata çəkmək, 10 noyabr bəyanatının tələblərini pozmaq, ölkəmizi haqsız duruma salmaq, beynəlxalq ictimaiyyəti dövlətimizə qarşı qaldırmaqdır. Bu mənada, hər bir vətəndaşımız ayıq-sayıq olmalı, cənab Prezident İlham Əliyevə inanmalı, güvənməlidir. Çünki yalnız o bilir nəyi nə zaman və necə etmək lazımdır”.

“Erməni təxribatçılarının informatorluğunu həyata keçirən ölkəmizdəki “beşinci kolon”un nümyəndələri də anlamalıdırlar ki, onların düşmən dəyirmanına su tökmək hərəkətləri xəyanətdir” – deyən Sədaqət Vəliyeva əlavə edib ki, AXCP, Milli Şura kimi təxribatçılar yuvası Azərbaycan ictimai rəyini yalan məlumatlarla çaşdırmağa çalışırlar: “Hər kəs bilməlidir ki, bu gün ermənilərlə AXCP, Milli Şura təxribatçıları sinxron fəaliyyət göstərirlər. Hər ikisin də məqsədi Azərbaycan dövlətinin qazandığı qələbəyə inamsızlıq yaratmaq, kölgə salmaq, insanları Qarabağdan uzaqlaşdırmaqdır. Sosial şəbəkələri izləyən şəxslər heç bir dəfə sual ediblərmi ki, nə üçün Əli Kərimli, Qənimət Zahid və başqaları ancaq separatçı Arayiki təbliğ edir? Nə üçün onlar ölkəmizlə bağlı yalnız şişirdilmiş neqativ məlumatları yayır? Şəhid ailələrini, qaziləri bilərəkdən dövlətə qarşı qaldırmaq hansı niyyətdən irəli gələ bilər ki? Görünür, bircə dəfə də olsun, bir şəhid ailəsinin, qazinin qapısını döyməyən Əli Kərimli kimilər Arayik kimiləri təbliğ etməyi həyat amalı hesab edilər. Bir sözlə, Azərbaycan xalqı ölkəmizin çox həssas məqamdan, sınaqdan keçdiyini, kimin dost, kimin düşmən olduğunu görməlidir. İndiki vəziyyətdə bizə daha çox birlik lazımdır. 44 günlük müharibə dövründə formalaşmış birlik bütün anti-Azərbaycan cəbhəsini narahat etmişdi. İndi də çalışırlar ki, həmin birliyi zədələsinlər, dövlətimizə zərər vursunlar”.