Home Manşet Politoloq: Üçtərəfli bəyanatın icrası Ermənistan dövlətinin siyasi öhdəliyidir

Politoloq: Üçtərəfli bəyanatın icrası Ermənistan dövlətinin siyasi öhdəliyidir

33
0
SHARE

“Son günlər həm məğlub Ermənistanın daxili siyasi kulislərində, həm də bir sıra ermənipərəst informasiya resurslarında sözügedən ölkənin Azərbaycana qarşı revanist mövqeyindən, bu istiqamətdə hansısa təşəbbüslərdən danışılır. Təbii ki, indiki şəraitdə yalnız bu barədə danışıla bilər. Çünki hansısa bir revanş cəhdi üçün nə siyasi şərait, nə də Ermənistanın hərbi gücü mövcuddur”.

Bu fikirləri politoloq Nurlan Qələndərli deyib.

Politoloq vurğulayıb: “Əvvəla, Azərbaycan siyasi-diplomatik platformada üstün tərəf kimi bütün şərtləri diktə edir. Kapitulyasiya aktına imza atmış Ermənistan isə yalnız üçtərəfli bəyanatın tələblərini icra etməlidir. Yeri gəlmişkən, bəzən “Ermənistanda hakimiyyət dəyişikliyi olsa, yeni iqtidar bu bəyanatın icrasından imtina edəcək” kimi əsassız fikir səsləndirilir. Amma məsələ ondan ibarətdir ki, 9 bənddən ibarət bu bəyanatın icrası Ermənistan hakimiyyətinin deyil, dövlətinin siyasi öhdəliyidir. Yəni bu, hakimiyyətdə hansı qüvvənin ,-istər hazırkı iqtidarın, istərsə də revanşistlərin, keçmiş cinayətkar hərbi qruplaşmanın,- yer almasından asılı olmayaraq, dövlət qarşısında öhdəlikdir. Yerinə yetirilmədiyi təqdirdə, məcburetmə tədbirləri həyata keçiriləcək.
İkincisi, sentyabrın 27-dən noyabrın 9-dək genişmiqyaslı və uğurlu əks-hücum əməliyyatları nəticəsində 5 şəhər, 4 qəsəbə və 286 kəndi işğaldan azad edən Azərbaycan bundan sonra da istənilən təxribat cəhdinin qarşısını alacaq. İndi İrəvanda iqtidar və ya müxalifət olmasından asılı olmayaraq, bütün qüvvələr bilməlidirlər ki, 44 günlük müharibə dövründə Ermənistanın, erməni faşizminin başını əzən “dəmir yumruq” hazırda “demokl qılıncı” kimi növbəti və daha sərt zərbə mənbəyi kimi başlarının üzərindədir. Ona görə də razılaşmanı pozmaq, hərbi və siyasi təxribatlar vasitəsilə nəyəsə nail olmaq şansları yoxdur. Bu, yalnız “bumeranq effekti” ilə növbəti faciə və fəlakət gətirə bilər”.