Home Cəmiyyət Daha bir Peşə Təhsil Mərkəzi publik hüquqi şəxs statusu alıb

Daha bir Peşə Təhsil Mərkəzi publik hüquqi şəxs statusu alıb

620
0
SHARE

Peşə Təhsili üzrə Dövlət Agentliyinin tabeliyində olan 1 nömrəli Gəncə Peşə Liseyi, 2 nömrəli Gəncə Peşə Liseyi və 3 nömrəli Gəncə Peşə Məktəbi birləşdirilərək, onların bazasında yaradılan “Sənayə və Texnologiyalar üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzi” publik hüquqi şəxs statusu əldə edib.

Agentlikdən Trend-ə verilən məlumata görə, sözügedən Mərkəz ictimai əhəmiyyət daşıyan fəaliyyətlə məşğul olaraq, nəzərdə tutulmuş qaydada nəzəri-metodoloji və pedaqoji-metodiki sənədlər hazırlaya, subbakalavr
peşə-ixtisas dərəcəsi üzrə təhsil verə biləəck. Mərkəz eyni zamanda, peşə və ixtisaslara uyğun dərs vəsaiti, tədris və tədris-metodik ədəbiyyat hazırlamaq, dövlət təhsil standartlarına uyğun olaraq, təhsilalanların zəruri bilik və bacarıqlara yiyələnməsini təmin etmək, təlim-tərbiyə prosesində innovativ texnologiyalardan və yeni təlim üsullarından istifadə etmək və həmçinin qanunvericiliyə müvafiq sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq imkanına malik olacaq.

Peşə təhsil müəssisələrinin publik hüquqi şəxs qismində fəaliyyət göstərməsi istiqamətində işlər 2019-cu ildən başlanılıb. Hazırda Təhsil Nazirliyinin tabeliyində olan 8 peşə təhsil mərkəzi publik hüquqi şəxs qismində fəaliyyət göstərir.