Home Manşet Misir mətbuatı Prezident İlham Əliyevin keçirdiyi mətbuat konfransını geniş işıqlandırıb

Misir mətbuatı Prezident İlham Əliyevin keçirdiyi mətbuat konfransını geniş işıqlandırıb

694
0
SHARE

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fevralın 26-da yerli və xarici media nümayəndələri üçün keçirdiyi mətbuat konfransı Misirin kütləvi informasiya vasitələri tərəfindən geniş işıqlandırılıb.

Trend xəbər verir ki, Misirin “Asiaelyoum” informasiya agentliyi və “Aldiplomasy” portalı dörd saatdan çox davam etmiş mətbuat konfransında Prezident İlham Əliyevin jurnalistlərin suallarını ətraflı şəkildə cavablandırdığını, vacib məsələlərə toxunduğunu, bir sıra önəmli mesajlar verdiyini qeyd edib. “İlham Əliyev: 10 noyabr Bəyanatı prinsip etibarilə icra edilir” sərlövhəli materiallarda Azərbaycanın dövlət başçısının bölgədə yaranmış son vəziyyət, Ermənistanda siyasi böhran, hərbi əsirlərin qaytarılması və digər məsələlər haqqında 35 media qurumunun 50-dən çox sualını cavablandırdığı vurğulanıb.