Home Manşet Qarabağ hazırda “Böyük Qayıdış” bölgəsidir, hərbiçilərimiz isə daim dövlətin diqqət mərkəzindədir –...

Qarabağ hazırda “Böyük Qayıdış” bölgəsidir, hərbiçilərimiz isə daim dövlətin diqqət mərkəzindədir – Arzu Nağıyev

665
0
SHARE

Bu gün Qarabağ “Böyük Qayıdışın mərkəzi kimi bütün xalqımızın diqqətindədir.

Bunu Trend-ə açıqlamasında Milli Məclisin deputatı Arzu Nağıyev qeyd edib.

Deputat bildirib ki, bütün xalqın, dövlətin vahid şəkildə hazırda diqqəti Qarabağadadır. Qarabağı azad etmək vacib olduğu qədər, bu gün Qarabağa Böyük Qayıdış da bir o qədər önəmlidir. Bu vacib günlərdə isə “Hərbi qulluqçuların statusu haqqında” Qanunun müzakirəsi zamanı guya Milli Məclisin sədri Sahibə xanım Qafarovanın “hərbçilərə ikiqat maaş lazım deyil” fikrini səsləndirməsi kimi məlumatlar növbəti yalandır. Növbəti dəfə ölkədə tanınmış ictimai-siyasi xadimlərin adlarına böhtan şər atmaqla tarixi zəfərimizi ləkləməyə çalışırlar.

“Sahibə Qafarova tərəfindən Milli Məclisdə hərbiçilərimizin problemləri daim diqqətdə saxlanılır, müzakirələr üçün şərait yaradılır. 44 günlük vətən müharibəsində qazandığımız qələbəyə hansısa formada qara yaxmaq qəbul edilməzdir”.