Home İdman “Borussia” Almaniya futbol Kubokunun ilk yarımfinalçısı oldu

“Borussia” Almaniya futbol Kubokunun ilk yarımfinalçısı oldu

324
0
SHARE

Dortmundun “Borussia” klubu Almaniya futbol Kubokunun 1/4 finalında Mönhenqladbaxın eyniadlı klubunu 1:0 hesabı ilə məğlub etdi.

Trend xəbər verir ki, qolu 66-cı dəqiqədə Ceydon Sanço vurub.

Dortmund “Borussiya”sı Almaniya Kubokunun 1/2 finalına ilk çıxan komanda oldu. 1/4 final mərhələsində “Essen” – “Holştayn”, “Leipsiq” – “Volfsburq” və “Regensburq” – “Verder” komandaları arasında matçlar gözlənilir.