Home Manşet Aparılan siyasi islahatlar Vətən müharibəsində öz nəticəsini göstərdi – Deputat

Aparılan siyasi islahatlar Vətən müharibəsində öz nəticəsini göstərdi – Deputat

290
0
SHARE

Ümummilli lider Heydər Əliyevin qurucusu olduğu Yeni Azərbaycan Partiyası ötən 29 ildə böyük inkişaf yolu keçib. Son 17 ildə partiyanın Sədri, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dinamik inkişaf edir.

Bunu Trend-ə Milli Məclisin deputatı Sevinc Hüseynova deyib.

Deputat qeyd edib ki, YAP ölkəmizdə çox ağır və mürəkkəb siyasi proseslər zamanı tarixi zərurətdən yaranmış bir partiya olaraq qısa zamanda xalq arasında böyük nüfuz qazanıb çünki hər zaman öz fəaliyyətində ümmmilli maraqları öndə tuturdu:

“Yarandıqdan sonra qısa bir zaman ərzində, 3 ildən sonra YAP artıq iqtidar partiyasına çerilmiş bir partiya oldu və keçirilən parlament seçkilərində ən çox yer aldı”.

S.Hüseynova bildirib ki, ulu öndər Heydər Əliyevin ideyaları əsasında möhkəm təməllər üzərində dayanan müstəqil Azərbaycan ötən illər ərzində böyük uğurlara imza atıb və Azərbaycan güclü, qüdrətli, beynəlxalq aləmdə nüfuzlu bir ölkəyə çevrilib:

“Bu gücün, qüdrətin göstəricisi təbii ki, 44 günlük Vətən müharibəsində əldə etdiyimiz qələbəmiz oldu. Qələbə salnaməsinin müəllifi olan möhtərəm Prezidentimiz İlham Əıiyevin son 17 ildə bütün sahələrdə apardığı islahatlar Azərbaycanın qələbəsinin əsas amili oldu”.

Deputat bildirib ki, Azərbaycan öz şanlı qələbəsi ilə regionda yeni reallıqlar yaratdı: “Yeni Azərbaycan Partiyasının növbədənkənar VII qurultayı da məhz yeni reallıqlar ilə bağlıdır. Artıq hər kəsə məlumdur ki, qurultay nəticəsində Yeni Azərbaycan Partiyasında bir sıra yeniliklər oldu. Yeniliklərdən biri o oldu ki, partiya daha mobil, daha fəal ictimai-siyasi həyata hazır olmalıdır və buna görə də paertiyanın strukturunda müəyyən dəyişikliklər oldu, yeni nizamnaməsi qəbul edildi”.

S.Hüseynova indi qarşıda duran əsas vəzifələrdən biri dövrə uyğun olaraq partiyanın yeni proqramının hazırlanmasıdır: “Eyni zamanda qurultayda cənab Prezident ölkəmizin qarşısında duran hədəflər barədə fikirlər səsləndirdi, vəzifələr müəyyən etdi. Konseptual baxımdan Azərbaycanın gələcək inkişafı ilə bağlı dərin əsaslandırılmış proqramların olması bu hədəflərlə bağlı aydın baxışın olmasını göstərir”.

Deputat həmçinin Azərbaycanda aparılan siyasi islahatlardan, siyasi partiyalar aarsında dialoqdan söhbət açıb. O qeyd edib ki, Vətən müharibəsi zamanı 50 siyasi partiyanın iqtidarla birlik nümayiş etdirməsi aparılan siyasi islahatların nəticəsi idi:

“Altı siyasi partiyanın Yeni Azərbaycan Partiyasına qoşulması ölkədə aparılan siyasi islahatların və Vətən müharibəsində əldə olunan şanlı qələbənin nəticəsidir. Yeni Azərbaycan Partiyası xalqın arzularını, maraqlarını, məqsədlərini həyata keçirən bir partiya olaraq ümumilli, ümumxalq partiyası olaraq ölkəmizdə milli həmrəyliyin yeni inkişaf mərhələsinin təcəssümünə çevrilib və bu cür tendensiya eyni zamanda iqtidara qarşı olan müsbət rəyin artmasından xəbər verir. Ölkə Prezidenti cənab İlham Əliyevin Vətən müharibəsi zamanı hər zaman söylədiyi “biz birlikdə” güclüyük fikri artıq dövlət siyasətinin demək olar ki, əsas fəlsəfəsinə çevrilib və bu partiyaların YAP-a qoşulmaları onu göstərir ki, ölkəmizdə dövlət və milli maraqlar naminə müxtəlif siyasi qüvvələrin inteqrasiyası baş verir və altı siyasi partiyanın da YAP-a qoşulması bu inteqrasiyanın göstəricisidir.

Eyni zamanda Vətən müharibəsində 50 siyasi partiyanın birlik nümayiş etdirən bəyanatı, eyni zamanda ermənilərin Gəncəyə raket hücumları ilə bağlı bəyanatı milli maraqlar naminə siyasi birliyin göstəricisidir. Bu həmçinin onu göstərir ki, ötən illər ərzində ölkədə yeni siyasi konfiqurasiya yaradılıb, həmçinin müxtəlif siyasi partiyalar Milli Məclisdə, həmçinin parlamentin rəhbərliyində təmsil olunurlar. ölkədə aparılan bu milli vəhdət həm müxalifət-iqtidar münasibətlərində, həm də müxalifət partiyalarının özaralarında konstruktiv münasibətlərinin yaradılmasına imkan verib. Prezident İlham Əliyev bir daha YAP-ın qurultayında milli həmrəylik sahəsində münasibətlərin daha da möhkəmləndirildiyini göstərib”.