Azərbaycan Xarici İşlər Nazirliyi Los-Anceles dairəsinin Ali Məhkəməsində erməni terrorçu Hampiq Sasunyanın azad edilməsinə yol açan qərarın qəbul edilməsini qınayıb.
Trend-in məlumatına görə, bu barədə XİN-in “Twitter” hesabında paylaşım edilib.
Paylaşımda deyilir: “Türk diplomatı qətlə yetirmiş və islah olunmamış terrorçu H.Sasunyanın azad edilməsi çox səhv siqnal verəcək və şübhəsiz ki, xüsusilə dünyanın ən böyük diplomatik korpuslarından birinə sahib bir dövlətdə diplomatiyanın maraqlarına zərər verəcək”.
Xatırladaq ki, daha əvvəl Türkiyə XİN Los-Anceles dairəsinin Ali Məhkəməsində erməni terrorçu Hampiq Sasunyanın azad edilməsinə yol açan qərarın qəbul edilməsini şiddətlə qınayıb.