Home Cəmiyyət Daşkəsənin mərkəzinə 40 santimetr qar yağıb, yollar təmizlənir – RİH başçısının müavini

Daşkəsənin mərkəzinə 40 santimetr qar yağıb, yollar təmizlənir – RİH başçısının müavini

260
0
SHARE

Ötən gündən etibarən Daşkəsənin mərkəzinə yağan qarın hündürlüyü artıq 30-40 santimetrə çatıb.

Bu barədə Trend-ə Daşkəsən Rayon İcra Hakimiyyəti başçısının müavini Vüqar Məmmədov deyib. Onun sözlərinə görə, güclü qar hələ də yağmağa davam edir:

“Qarın yağmasına baxmayaraq qabaqlayıcı tədbirlər sayəsində kommunal xidmətlərdə heç bir problemlər müşahidə olunmur. Əhaliyə işıq, qaz və suyun verilməsi davam etdirilir. O cümlədən əsas yollarda qabaqlayıcı tədbirlər görülüb. Texnikaların köməyi ilə yol qardan təmizlənib, qum səpilib. Hazırda kəndlərdə də texnikalar işləyir, yollarda gediş-gəliş təmin olunur”.

V.Məmmədov bildirib ki, dağlıq kəndlərdə qar daha çox yağıb:

“Elə kəndlər var ki, onlar 2 min metr hündürlükdə yerləşirlər, orada qar daha çox yağıb. Bunlar Xoşbulaq, Alaxançallı, Əmirbaş, Gurbulaq, Qazaxyolçular və digər kəndlərdir”.