Home Manşet Sevinc Hüseynova: Altı siyasi partiyanın YAP-a birləşməsi ölkəmizdə demokratik ənənələrin inkişafından xəbər...

Sevinc Hüseynova: Altı siyasi partiyanın YAP-a birləşməsi ölkəmizdə demokratik ənənələrin inkişafından xəbər verir

363
0
SHARE

“Yeni Azərbaycan Partiyasının VII Qurultayının keçirilməsi ölkəmizin ictimai-siyasi həyatında çox mühüm hadisədir. Partiyamızın Sədri, Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Yeni Azərbaycan Partiyasının VII Qurultayının keçirilməsi ölkəmizdə və regionda yaranmış yeni reallıqlarla bağlıdır. Böyük qürur hissi ilə söyləməliyik ki, yeni reallıqların yaranmasında Vətən müharibəsi nəticəsində qazanılmış möhtəşəm zəfər, torpaqlarımızın işğaldan azad edilməsi və son 17 ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın güclü dövlətə çevrilməsi, dövlətçiliyimizin əsaslarının möhkəmləndirilməsi, ölkəmizin beynəlxalq müstəvidə mövqelərinin güclənməsi əsas rol oynayır”. Bu fikirləri Milli Məclisin deputatı Sevinc Hüseynova deyib.

Sevinc Hüseynova bildirib ki, ötən illər ərzində ölkəmizin təşəbbüsləri ilə reallaşan layihələr bölgəyə yenilik gətirdi, əməkdaşlığın yeni formatlarını şərtləndirdi. Azərbaycanın uğurlu enerji, nəqliyyat siyasəti nəinki enerji və nəqliyyat dəhlizlərinin yaranmasına gətirib çıxardı, eyni zamanda, bölgədə və geniş mənada Avrasiya məkanında yeni əməkdaşlıq formatlarını yaratdı. Bu gün bu layihələr ətrafında birləşən və bu layihələri Azərbaycanla bərabər icra edən ölkələrin sayı artmaqdadır. 44 günlük İkinci Qarabağ müharibəsinin yaratdığı yeni reallıqlar bölgədə uzunmüddətli sülhün, təhlükəsizliyin təmin edilməsi üçün önəmli şərtlər formalaşdırıb və yeni əməkdaşlıq imkanlarını genişləndirir. Bütün sahələrdə yeni mərhələnin əsası qoyulub.

Millət vəkilinin sözlərinə görə, Ümummilli Liderimiz Heydər Əliyevin qurucusu olduğu Yeni Azərbaycan Partiyası ötən 29 ildə böyük inkişaf yolu keçib. Son 17 ildə partiyamızın Sədri, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dinamik inkişaf edir. Bu, Yeni Azərbaycan Partiyasının kəmiyyət və keyfiyyət baxımından inkişafında da özünü aydın şəkildə göstərir. Ötən illərin xronologiyasına diqqət yetirdikdə Heydər Əliyev ideyalarına söykənən partiyamızın gücləndiyinin, nəinki ölkənin, hətta Cənubi Qafqaz regionunun aparıcı siyasi təşkilatına çevrildiyinin şahidi oluruq.

Deputat qeyd edib ki, altı siyasi partiyanın Yeni Azərbaycan Partiyasına qoşulması, eyni zamanda, YAP-ın siyasi mövqeyinin daha da güclənməsinə xidmət edən uğurlu bir addımdır. Çünki YAP-ın ideoloji prinsipləri milli həmrəyliyə və inkişafa xidmət edir. Digər tərəfdən, 6 siyasi partiyanın YAP-a birləşməsi ölkəmizdə demokratik ənənələrin inkişafından xəbər verir: “Bu fakt həmçinin milli həmrəyliyimizin və birliyimizin nümunəsidir. Biz bu birliyi Vətən müharibəsinin gedişi zamanı aydın şəkildə gördük. Məramımız ərazi bütövlüyümüzün bərpası idi və bu mənada, həmin partiyaların verdikləri qərar dövlət və milli maraqlarımıza uyğundur. Eyni zamanda, bu amil partiyaların konsolidasiyası baxımından önəmlidir. Ulu Öndər Heydər Əliyevin qurucusu olduğu YAP özünü ümumxalq partiyası kimi cəmiyyətimizdə çoxdan təsdiq edib. Ona görə də, YAP ilə təxminən eyni illərdə yaranmış 6 partiyanın bu qərarı təqdirəlayiq haldır, həm də partiyamızın siyasi gücünün ifadəsidir. 6 siyasi partiyanın YAP-a qoşulması ölkədə siyasi sistemin daha da təkmilləşməsinə xidmət edəcək. Qurultayda cənab İlham Əliyev qeyd etdi ki, ölkəmizdə siyasi dialoq daha dərinləşməlidir. Bu səbəbdən, ölkədə mövcud siyasi münasibətlər daha da inkişaf etməlidir. Lakin anti-milli ünsürlərə burada yer yoxdur. çünki onlar xaricdəki antiazərbaycançı mərkəzlərin təlimatları əsasında fəaliyyət göstərirlər. Bütövlükdə hesab edirəm ki, YAP ölkəmizdə milli həmrəyliyin yeni inkişaf mərhələsinin nümunəsinə çevrilir. Bu kimi qərarlar Yeni Azərbaycan Partiyasına gündən-günə artan inamın, etimadın göstəricisidir. YAP hər zaman yeniliyə, təkmilləşməyə meyl göstərən partiyadır. Yeni Azərbaycan Partiyasının VII qurultayında Prezident İlham Əliyevin proqram xarakterli, müasir dövrün, 44 günlük İkinci Qarabağ müharibəsində Qələbəmizin yaratdığı yeni reallıqları özündə əks etdirın nitqi bütün partiya üzvləri üçün yeni vəzifələr müəyyənləşdirdi. Bu əminlik ifadə edildi ki, gələn il partiyanın 30 illik yubileyi qeyd olunacaq. Partiya yeniləşmiş formatda daha fəal olacaq, ölkə qarşısında duran problemləri daha fəal icra edəcək”.