Home Manşet Sədaqət Vəliyeva: Prezident İlham Əliyev işğaldan azad olunmuş əraziləri sülh, əməkdaşlıq və...

Sədaqət Vəliyeva: Prezident İlham Əliyev işğaldan azad olunmuş əraziləri sülh, əməkdaşlıq və təhlükəsizlik bölgəsinə çevirir

527
0
SHARE

“Azərbaycan BMT Təhlükəsizlik Şurasının qətnamələrini, ATƏT-in qərarlarını yerinə yetirməklə 30 ilə yaxın idi ki, təhdid mənbəyi olan münaqişəyə son qoydu, ərazi bütövlüyünü təmin etdi. 44 günlük  müharibədən sonra imzalanmış 10 noyabr Bəyanatı artıq bölgədə yeni reallıq yaradıb və bütövlükdə regionda sülh, əməkdaşlıq və təhlükəsizlik amillərinin bütün ambisiyaların fövqündə olması günün siyasi-hərbi tələbinə çevrilib”. Bunu Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib.

Sədaqət Vəliyeva bildirib ki, Prezident İlham Əliyev işğaldan azad olunmuş əraziləri sülh, əməkdaşlıq və təhlükəsizlik bölgəsinə çevirir: “Prezident İlham Əliyevin təşəbbüsü və rəhbərliyi ilə işğaldan azad olunmuş ərazilərdə bərpa işlərinə start verilib. Türkiyə, ABŞ, B.Britaniya, İtaliya, İran, Rusiya, Macarıstan və başqa ölkələr, dünyanın iri şirkətləri, maliyyə institutları işğaldan azad olunmuş ərazilərdə görüləcək işlərdə iştirak etmək, həmin bölgəyə sərmayə yatırmaq üçün niyyətlərini ifadə ediblər. 30 ildir ki, dünyada “boz zona” kimi tanınan, narkotacirlərin, terrorçuların yuvasına çevrilmiş ərazilər Azərbaycanın sayəsində dünya dövlətlərinin və şirkətlərinin əməkdaşlıq platformasına çevrilməkdədir. Məhz, cənab Prezident İlham Əliyevin fəaliyyətinin nəticəsidir ki, işğaldan azad olunmuş ərazilər sülh, əməkdaşlıq və təhlükəsizlik bölgəsinə dönüşür”.

“Bu gün regionda uzunmüddətli sülhün, əməkdaşlığın və təhlükəsizliyin təmin olunması üçün real şərait yaranıb və Azərbaycan bu prosesə tam hazırdır” – deyən Sədaqət Vəliyeva əlavə edib ki, dünya dövlətləri, beynəlxalq təşkilatlar, xüsusilə də ATƏT Ermənistanın revanşizm niyyətinə düşməsinə imkan verməməlidir, yeni reallığa uyğun sülhün qorunub saxlanılmasına öz töhfəsini verməlidir: “Ötən gün İsveçin xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri xanım Ann Lindenin başçılıq etdiyi nümayəndə heyətini qəbul edən cənab Prezident İlham Əliyev bir daha açıq şəkildə Azərbaycanın mövqeyini diqqətə çatdırıb və bildirib ki, müharibədən sonra ötən 4 ay artıq hər iki tərəfin düşmənçilik səhifəsini bağlamaq, diqqəti gələcəyə yönəltmək iradəsini nümayiş etdirir. Əlbəttə, bu gün artıq ümumi rəy ondan ibarətdir ki, başda ATƏT olmaqla beynəlxalq təsisatlar, Aİ dövlətləri, parlamenti əsassız iddialarla çıxış etməyəcək, Ermənistanı 10 noyabr Bəyanatına sadiq qalmağa məcbur edəcək, sülhün qorunmasına, əməkdaşlığın gücləndirilməsinə töhfə verəcəklər”.