NATO ölkələri sammiti 2021-ci ildə Brüsseldə keçiriləcək, lakin toplantının tarixi və formatı hələ müəyyənləşdirilməyib.
Trend TASS-a istinadən xəbər verir ki, bunu Şimali Atlantika Alyansının baş katibi Yens Stoltenberq Belçika paytaxtında keçirdiyi mətbuat konfransında bildirib.
Baş katib sammitin əsas mövzusu NATO-nun gələcək onillik üçün ittifaqın inkişafı və modernləşdirilməsinin və Şimali Atlantik Alyansının yeni strateji konsepsiyanın əsaslarını qoyulmasını təşkil edəcək növbəti 20 illik təşəbbüsünün müzakirəsi olacaq.