Home İqtisadiyyat Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsal həcmi məlum olub

Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsal həcmi məlum olub

598
0
SHARE

2021-ci ilin yanvar-fevral ayları üzrə Azərbaycanda kənd təsərrüfatının ümumi məhsulunun faktiki qiymətlərlə dəyəri 669,3 milyon manat təşkil edib ki, onun da 639,5 milyon manatı heyvandarlıq, 29,8 milyon manatı bitkiçilik məhsullarının payına düşür.

Trend-in məlumatına görə, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə kənd təsərrüfatının istehsalı 2,3 faiz, o cümlədən heyvandarlıq məhsulları üzrə 2,1 faiz, bitkiçilik məhsulları üzrə 6,2 faiz artıb.

Təsərrüfatlarda yanvar-fevral aylarında 33,6 min ton və yaxud keçən ilin müvafiq dövrünə nisbətən 6,4 faiz çox tərəvəz məhsulları istehsal edilib.

2021-ci ilin yanvar-fevral aylarında quş əti də daxil olmaqla diri çəkidə 85,4 min ton ət, 314,2 min ton süd, 301,7 milyon ədəd yumurta istehsal edilib, 2020-ci ilin müvafiq dövrünə nisbətən ət istehsalı 3,0 faiz, süd istehsalı 1,5 faiz artıb, yumurta istehsalı isə 4,5 faiz azalıb.