Home Cəmiyyət Azərbaycanda son sutkada 1185 nəfər koronavirusa yoluxub, 20 nəfər vəfat edib

Azərbaycanda son sutkada 1185 nəfər koronavirusa yoluxub, 20 nəfər vəfat edib

694
0
SHARE

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1185 yeni yoluxma faktı qeydə alınıb, 478 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Trend-ə verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 20 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 249 492 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 233 834 nəfər müalicə olunaraq sağalıb, 3 404 nəfər vəfat edib, aktiv xəstə sayı 12 254-dür.

 

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 8 121, bu günə qədər isə ümumilikdə 2 799 101 test icra olunub.