Home Manşet Könül Nurullayeva Qadınların Statusu üzrə Komissiyanın 65 illiyinə həsr edilmiş parlament görüşündə...

Könül Nurullayeva Qadınların Statusu üzrə Komissiyanın 65 illiyinə həsr edilmiş parlament görüşündə iştirak edib (FOTO)

353
0
SHARE

Parlamentlərarası Birlik və BMT Qadın təşkilatlarının birgə keçirdiyi Qadınların Statusu üzrə Komissiyanın 65 illiyinə həsr edilmiş parlament görüşündə millət vəkili Könül Nurullayeva da parlamentari qismində iştirak edib.

Trend-in məlumatına görə, mötəbər tədbirdə qadınlara qarşı zorakılığın aradan qaldırılması, qadınların siyasi və ictimai həyatda, eləcə də qərarvermədə zərif cinsin rolunun artırılması, pandemiya dövründə milli və beynəlxalq müstəvilərdə aparılan ardıcıl iş və bu istiqamətdə parlamentdə gender bərabərliyinin, qadın hüquqlarının qorunması kimi önəmli məsələlər müzakirə edilib.

Tədbir zamanı K.Nurullayeva da çıxış edərək, gender bərabərliyinin təminatında Azərbaycan təcrübəsini bölüşüb. Millət vəkili parlament və siyasi qərarvermədə qadınların rolu mövzusunda fikirlərini bölüşüb, ölkəmizdə VI çağırış Milli Məclisdə qadınların rolunun güclənməsindən, Birinci Vitse-prezident Mehriban Əliyeva və Milli Məclisin sədri Sahibə Qafarovanın simasında aparıcı siyasi vəzifələrə yeni qadın təyinatlarından söz açıb. O, eyni zamanda pandemiya dövründə bu müstəvidə görülən prioritet istiqamətlərə də diqqət çəkib.