Home Manşet Arzu Nağıyev: 31 mart soyqırımında maraqlı olan qüvvələr tərəfindən hadisələrin arxiv sənədləri...

Arzu Nağıyev: 31 mart soyqırımında maraqlı olan qüvvələr tərəfindən hadisələrin arxiv sənədləri məhv edilib

278
0
SHARE

31 mart soyqırımında maraqlı olan qüvvələr tərəfindən hadisələrin arxiv sənədləri məhv edilib.

Trend-in məlumatına görə, bunu Soyqırım Həqiqətlərini Tanıtma İctimai Birliyinin 31 mart soyqırımının ildönümü ilə bağlı onlayn brifinqində millət vəkili Arzu Nağıyev deyib.

O bildirib ki, hansı ərazilərdə ki soyqırımlar törədilibsə, əvvəlcədən həmin ərazilərin xüsusi xidmət orqanları əməkdaşları dəyişdirilərək erməni və ya ermənilərə loyal olan şəxslər təyin edilirdi:

“Həmin hadisələrin araşdırılması zamanı sənədlərdən şahid ifadələri çıxarılırdı. Əksəriyyətində isə şahid ifadələrini ermənilər alırdılar. Ümummilli lider Heydər Əliyev hakimiyyətə qayıdandan sonra bu məsələ yenidən gündəmə gətirildi və araşdırmalar başlandı”.

A.Nağıyev bildirib ki, ermənilər bu gün böyük vəchlə qondarma “erməni soyqırımı” adı ilə kompaniya aparır:

“Bu gün bu cür yalanları ifşa etmək üçün tarixçilərimiz araşdırmaları davam etdirməlidir. Biz bununla bağlı təbliğat işlərini davam etdirməliyik, ermənilərin törətdikləri soyqırım və vəhşiliklərlə bağlı filmlər çəkilməlidir”.