Home Manşet Çin Sintzyan ilə əlaqədar Böyük Britaniyaya qarşı yeni sanksiyalar tətbiq edib

Çin Sintzyan ilə əlaqədar Böyük Britaniyaya qarşı yeni sanksiyalar tətbiq edib

545
0
SHARE

Çin Xalq Respublikasının Sintzyan-Uyğur Muxtar rayonunun ətrafında yaranmış vəziyyətlə bağlı “yalan və yanlış məlumatlar” yaydığına görə Böyük Britaniyanın 9 fiziki və dörd hüquqi şəxsinə qarşı sanksiya tətbiq edib.

Trend-in TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə ÇXR-in Xarici İşlər Nazirliyi məlumat verib.

Açıqlamada sanksiya tətbiq olunan şəxslərin və ailə üzvlərinin Çinə girişlərinə, Çin vətəndaşları və qurumlarının sanksiya siyahısında olan şəxs və şirkətlərlə ticari əlaqələrinə qadağa qoyulduğu bildirlir.

XİN-in şərhində deyilir: “Çin əlavə tədbirlər görmək hüququnu özündə saxlayır”.