Home Cəmiyyət Dünyada koronavirusa yoluxanların sayı 126 milyon nəfəri ötüb

Dünyada koronavirusa yoluxanların sayı 126 milyon nəfəri ötüb

584
0
SHARE

Dünyada yeni növ koronavirusa (COVİD-19) yoluxanların sayı 126,7 milyon nəfəri ötüb.

Trend-in məlumatına görə, bunu, beynəlxalq təşkilatların, federal və yerli hakimiyyət orqanlarının məlumatları əsasında hesablamalar aparan Cons Hopkins Universiteti bildirib.

Məlumata əsasən, dünyada koronavirusa yoluxanların sayı son sutkada 595 mindən çox olmaqla 126 726 308 nəfərə çatıb. Onlardan 2 777 336 nəfəri ölüb, 71 768 317 nəfəri isə sağalıb.

Bildirilir ki, ən çox yoluxma halları ABŞ-da (28 076 766), Hindistanda (10 991 651) və Braziliyada (10 139 148) qeydə alınıb.