Home Manşet 31 Mart vəhşəti illər keçsə də unudulmayacaq – Spiker

31 Mart vəhşəti illər keçsə də unudulmayacaq – Spiker

577
0
SHARE

Milli Məclisin sədri Sahibə Qafarova 31 mart – Azərbaycanlıların Soyqırımı ilə bağlı sosial şəbəkədə paylaşım edib.

Trend-in məlumatına görə, S.Qafarova bildirib: “Bu gün Azərbaycanlıların Soyqırımı Günüdür. 1918-ci ildə erməni dəstələri tərəfindən Azərbaycanın dinc sakinlərinə qarşı törədilmiş bu vəhşətin acısı illər keçsə də unudulmayacaq. Soyqırımına məruz qalmış bütün sakinlərimizi və Şəhidlərimizi dərin hüznlə yad edirik!”.

Qeyd edək ki, 31 mart – Azərbaycanlıların Soyqırımı Günüdür. Bu tarixdə 1918-ci ilin martında ermənilər tərəfindən azərbaycanlılara qarşı törədilmiş qanlı qırğın qurbanlarının xatirəsi anılır.

1918-ci ilin mart qırğınları millətçi ermənilər tərəfindən azərbaycanlılara qarşı irqi ayrı-seçkilik və etnik təmizləmə siyasəti əsasında əvvəlcədən hazırlanmış və qəddarcasına həyata keçirilən siyasət idi.

O zaman yaradılan Fövqəladə İstintaq Komissiyasının sənədlərində həmin hadisələrin şahidlərinin ifadəsinə əsasən, 1918-ci ilin mart-aprel aylarında Bakı Sovetinin mandatı altında fəaliyyət göstərən daşnak-bolşevik silahlı dəstələri tərəfindən Bakı şəhərində, habelə Bakı quberniyasına daxil olan digər şəhər və qəzalarda xüsusi qəddarlıqla törədilən kütləvi qırğınlarda Bakı 1918-ci ilin martında, yalnız Bakıda daşnaklar 15 mindən çoх günahsız müsəlmanın qətlə yetirildiyi göstərilmişdi.

Həmçinin, azərbaycanlılara qarşı soyqırımı keçirən erməni quldurları Şamaxıda 8 minədək dinc sakini öldürüblər. Cavanşir qəzasının 28 kəndi, Cəbrayıl qəzasının 17 kəndi tamamilə əhalisi ilə birgə məhv edilib. Gümrü yaxınlığında əsasən qadınlardan, uşaqlardan və qocalardan ibarət 3 min nəfərlik azərbaycanlı köçü pusquya salınaraq, son nəfərinədək qətlə yetirilib. Erməni silahlı dəstələri Naxçıvan qəzasının bir neçə kəndini yandırıb, Zəngəzur qəzasında 115 azərbaycanlı kəndi məhv edilib, 3257 kişi, 2276 qadın və 2196 uşaq öldürülüb.

Bütövlükdə Zəngəzur qəzası üzrə 10068 azərbaycanlı öldürülüb və ya şikəst edilib, 50000 azərbaycanlı isə qaçqın düşüb. İrəvan quberniyasının 199 kəndində yaşayan 135 min azərbaycanlı qətlə yetirilib, kəndlər isə yerlə yeksan edilib. Erməni silahlı dəstələri daha sonra Qarabağa yürüş edib, 1918-1920-ci illər arasında Qarabağın dağlıq hissəsində 150 kəndi dağıdıb və əhalisini məhv edib.