Home Manşet Ermənistanda antisemit əhval-ruhiyyənin artımı müşahidə olunur – ABŞ Dövlət Departamenti

Ermənistanda antisemit əhval-ruhiyyənin artımı müşahidə olunur – ABŞ Dövlət Departamenti

306
0
SHARE

Ermənistanda antisemit əhval-ruhiyyənin artımı müşahidə olunur.

Trend-in məlumatına görə, bu barədə ABŞ Dövlət Departamentinin 2020-ci ildə Ermənistanda insan hüquqları barədə Ölkələr üzrə hesabatında deyilir.

Qeyd olunur ki, Ermənistanda yəhudi əhalinin sayı 500-1000 nəfər arasındadır:

“Payızda Azərbaycanla döyüşlərdən əvvəl Ermənistanda antisemit əməllər barədə məlumatlar qeydə alınmasa da, sosial şəbəkələrdə bəzi antisemit fikirlər yer alıb. Hökumət bu cür fikirləri pisləməyib”

Dövlət Departamenti bildirib ki, sentyabrın 27-dən ölkədə antisemit əhval-ruhiyyənin artımı müşahid olunub:

“Yəhudi icmasının üzvlərinin və digər müşahidəçilərin fikrincə, bu, əsasən Azərbaycanın İsrail istehsalı olan silahlardan istifadə etməsi ilə bağlı olub. Onlar qeyd edir ki, anrtisemi xarakterli paylaşımların sayı artıb. Yəhudi icmasının üzvləri, həmçinin ictimai nəqliyyatda onlara qarşı antisemit ifadələrin səsləndirildiyini bildirib”.

(Tərcümə: Orxan Nəbiyev)