Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov 31 mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar tvitterdə paylaşım edib.
Trend-in məlumatına görə, nazir qeyd edib:
“Mart qırğınının qurbanlarını xatırlayaraq bu günədək azərbaycanlılara qarşı törədilmiş soyqırımı siyasətini, insanlığa qarşı cinayətləri və Ermənistanın tərəfindən gerçəkləşdirilən etnik təmizləməni pisləyirik və bu cür qeyri-insani cinayətlərin təkrarlanmaması üçün Ermənistanın cəzasız qalmasının dayandırılmasının vacibliyini bir daha vurğulayırıq”.