Birinci vitse-prezident Mehriban Əliyeva Aprel döyüşləri ilə bağlı “İnstagram” hesabında paylaşım edib.
Trend-in məlumatına görə, paylaşımda deyilir:
“Aprel döyüşlərindən beş il keçir. Vətən uğrunda həlak olmuş bütün şəhidlərimizə Allahdan rəhmət diləyirəm. Uca Tanrı hər zaman xalqımızı qorusun, doğma Azərbaycanımıza sülh, əmin-amanlıq və xoş günlər bəxş etsin!”.