Home Manşet Faşizmin qəhrəmanlaşmasına MDB məkanında yer olmamalıdır – Ceyhun Bayramov

Faşizmin qəhrəmanlaşmasına MDB məkanında yer olmamalıdır – Ceyhun Bayramov

538
0
SHARE

Bu ilin 2 aprel 2021-ci il tarixində xarici işlər naziri Ceyhun Bayramov Müstəqil Dövlətlər Birliyi (MDB) ölkələrinin Moskva şəhərində keçirilən xarici işlər nazirləri Şurasının iclasında iştirak edib.

Xarici İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, iclasda çıxış edən nazir, iclasın gündəliyinə uyğun mövzulara diqqəti yönəldərək, humanitar sahədə əməkdaşlığın davam etdirilməsinin bundan sonra da dövlətlərarası münasibətlərin möhkəmlənməsinə və Birliyin inkişafına töhfə verəcəyini qeyd edib.

Nazir Ceyhun Bayramov “Müstəqil Dövlətlər Birliyinə üzv olan dövlət başçılarının 1941-1945 – ci illər Böyük Vətən Müharibəsinin başlanmasının 80 illiyi ilə əlaqədar Birliyə üzv dövlətlərin xalqlarına və dünya ictimaiyyətinə müraciəti layihəsi haqqında” Qərarını xüsusilə vurğulayaraq, Azərbaycanın faşizm üzərində Qələbənin qazanılmasına böyük töhfəsini diqqətə çatdırıb. Qərarın qəbul olunmasının nasizm ideologiyasına və onun müxtəlif təbliğat formalarına qarşı mübarizədə böyük əhəmiyyətə malik olduğu bildirilib, bu gün də MDB məkanında nasizmin təşviq olunduğu təəssüflə qeyd olunub və bu xüsusda Ermənistanın paytaxtının mərkəzində faşist Qaregin Njdeyə abidə qoyulduğu misal kimi səsləndirilib.

Nazir vurğulayıb ki, faşizmin qəhrəmanlaşmasına MDB məkanında yer olmamalıdır.

Daha sonra nazir, Azərbaycan Ordusunun uğurlu əks-hücum əməliyyatı nəticəsində Ermənistanın işğalı altında olan ərazilərinin azad edildiyini və Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa olunmasını vurğulamışdır. 10 Noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın qəbul edilməsində Rusiya Federasiyasının səyləri xüsusilə də, Prezident Vladimir Putinin fəal vasitəçiliyi yüksək qiymətləndirilmişdir.

Birgə Rusiya-Türkiyə Monitorinq Mərkəzinin fəaliyyətini yüksək qiymətləndirən xarici işlər naziri, bölgədə təhlükəsizlik və əməkdaşlığın gücləndirilməsi üçün yeni bir formatın yaradıldığını məmnunluqla vurğulamışdır.

Ceyhun Bayramov tədbir iştirakçılarının diqqətini işğal zamanı bütün şəhərlər və qəsəbələrin dəhşətli dağıntılara və vandalizm əməllərinə məruz qaldığına, dini və mədəniyyət abidələrinin qəsdən talan edilməsinə, məscidlər donuz tövləsinə çevrilməsinə yönəltmişdir. Hazırda bu ərazilərin yenidən qurulması və bərpa olunması işlərinin həyata keçirildiyini qeyd olunmuşdur.

Nazir, həmçinin üçtərəfli bəyanatlar çərçivəsində əldə olunan razılaşmaları yüksək qiymətləndirərək, kommunikasiyaların açılmasının bütün regionun xeyrinə olacağını və regional əməkdaşlıq üçün yeni perspektivlər açacağını tədbir iştirakçıların diqqətinə çatdırmişdir.

Ceyhun Bayramov vurğulamışdır ki, Azərbaycan üzərinə götürdüyü öhdəliklərə tam sadiqdir və üçtərəfli bəyanata uyğun olaraq bütün hərbi əsirləri Ermənistana qaytarmışdır. Eyni zamanda, nazir Ermənistan tərəfinin beynəlxalq hüquq normalarına və üçtərəfli bəyanatına zidd əməllərinə diqqəti cəlb etmiş, o cümlədən Ermənistan hərbçilərinin Azərbaycan Respublikası ərazisinə qanunsuz daxil olmaq cəhdlərini, habelə Ermənistanın indiyədək Azərbaycana işğaldan azad olunmuş ərazilərinin minaların basdırılması məlumatının Azərbaycana təqdim etmədiyini bildirmişdir.

Çıxışın sonunda nazir beynəlxalq ictimaiyyətin və xüsusilə də, MDB-yə üzv dövlətlərindən ən yaxın tərəfdaşlarımızın işğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməsi və bərpası, bu ərazilərdə dinc yanaşı yaşamaq üçün müvafiq şərait yaradılması məsələlərində dəstəyinə ümid bəslədiyimizi səsləndirmişdir.

Eyni zamanda, çıxışında nazir Ceyhun Bayramov gündəlikdə olan digər məsələlərə toxundu.